Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiyada Moskvanın mərkəzində vətəndaşın cibinə narkotik atmiş 3 polis əməkdaşına ittiham irəli sürülüb.

Moskva polisinin rəsmisi bildirib ki, polislər ev həbsinə göndəriliblər.

3 polisə qarşı vəzifə səlahiyyətlərini aşma və dələduzluğa görə ittiham irəli sürülüb. Müttəhimlər təqsirlərini etiraf ediblər, ev həbsi qismində ehtiyat tədbiri seçilib”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, iyun ayının sonu gecə vaxtı polislər hərəkətdə olan avtomobili saxlayıb içərisində yoxlama keçiriblər. İçəridəki kişilərdən birinin çantasına narkotik atıblar. Zərərçəkənlər polisin hərəkətlərindən qəzəblənərək onlara qarşı fiziki güc tətbiq ediblər, daha sonra narkotik maddə saxlamaqla bağlı cinayət məsuliyyətindən azad olunmaları üçün onlardan rüşvət tələb edilib. Zərərçəkənlər həmin məbləği polislərə veriblər.

Polis rəsmisi bildirib ki, zərərçəkənlər daha sonra aidiyyatı orqanlara müraciət ediblər. Müstəntiqlər qısa zamanda polisləri tutublar.