
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, azərbaycanlılardan ibarət növbəti qrup Gürcüstandan Azərbaycana yola düşür.
Ümumilikdə 352 azərbaycanlının təxliyyəsi nəzərdə tutulsa da, onlardan cəmi 107 nəfəri Azərbaycan vətəndaşıdır. Qrupa həmçinin 233 Gürcüstan və 12 Rusiya vətəndaşları da daxildir.
Keçirlən testlər onlardan koronavirus xəstəliyinin olmadığını göstərib. Azərbaycanın Gürcüstandakı səfirliyindən müvafiq arayış alındıqdan sonra onlar yola düşəcəklər.
Plana əsasən, təxliyyə edilən şəxslər 6 avtobusla sərhədə çatdırılacaqlar.
Pandemiya dövründə 1000-dən çox azərbaycanlı Gürcüstandan Azərbaycana təxliyyə edilib.






























