Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Malayziyanın xarici işlər naziri Hişamuddin Hüseyn parlamentin iclası zamanı elektron siqaret çəkdiyi üçün cərimələndiyini etiraf edib.

Mən cərimələnmişəm və artıq cəmirəni də ödəmişəm. Mən xətaya yol verim və artıq üzr istəmişəm”, – deyə o bildirib.

Siyasətçi ötən həftə kralın məktubu səsləndirilən zamanı jurnalistlərin kameralarına tuş gəlib.

Ölkə qanunlarına  əsasən, ictimai yerdə siqaret çəkməyə görə təxminən 59,5 dollar cərimə nəzərdə tutulub. Şəxs cəriməni ödəməkdən imtina etdikdə isə cərimə 2,3 min dollaradək artır və ya 2 il müddətinədək azadlıqdan məhrum edilir.