© РИА Новости / Павел Лисицын

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya İstehlakçıların hüquqlarının müdafiəsi və İnsanların rifahı üzrə Federal Xidməti (“Rospotrebnadzor”) işçilərində peşə xəstəliklərinin ən çox rast gəlindiyi fəaliyyət sahələrinin reytinqini hazırlayıb.

1-ci yerdə faydalı qazıntıların hasilatıdır – qeydə alılnmış bütün halların 46,9%-i.

2-ci yerdə emal istehsatı (29,9%), 3-də daşınma və saxlama ilə məşğul olan təsisatlar (10,5%), sonra isə inşaat (3,6%) gəlir.

Kənd, meşə təsərrüfatları, ov, balıqçılıq və balıqyetişdirmə sahələrində isə peşə xəstəliklərinin 3,5%-i qeydə alınıb.

5,2% isə digər iqtisadi fəaliyyətlərin payına düşür.

Qeyd edilir ki, Rusiya 2019-cu ildə 4,5 peşə xəstəliyi halı qeydə alınıb.