Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Axalkalaki şəhərində baş vermiş toqquşmanın video kadrları üzə çıxıb.

Xatırladaq ki, 8 avqustda baş vermiş insident zamanı 27 yaşlı kişi güllələnərək öldürülüb.

Qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə və saxlama maddələri ilə cinayət işi başladılıb.

Yerli sakinlərin sözlərinə görə, qətl bir neçə ildir davam edən münaqişə ilə bağlıdır.

Qətldən sonra Axalkalakidə vəziyyət gərginləşib, nəticədə də hüquq-mühafizə əməkdaşlarının cəlb edilməsi zərurəti yaranıb. Qətlə yetirilən şəxsin yerliləri ehtimal edilən qatilin qohumlarının obyektlərinə ziyan vurub.

Hüquq-mühafizə orqanları artıq qətldə ittiham edilən şəxsi tutub, həmçinin qrup halında zorakılıq faktı ilə araşdırma başladılıb.

Həmçinin oxu: Gürcüstanda ermənilərin kompakt yaşadığı şəhərdə qarşıdurmalar: Ölən var, otel yandırılıb – VİDEO