
Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Fransada mənzilə olan tələbat kəskin artıb.
Buna “Knight Frank” şirkətinin araşdırması dəlalət edir.
Hazırda Fransada daşınmaz əmlak bazarının “4-fazalı” bərpası müşahidə edilir.
Şirkət rəsmisi Frederik Lillonun sözlərinə görə, alıcıların ilk dalğası Monako vətəndaşlarından ibarət olub.
İkinci dalğa isə şəhər həyatından bezərək dəniz kənarında şəxsi torpaq sahəsi almaq istəyən parislilərdir.
Növbəti dalğalar isə qonşu avropalılar və Böyük britaniyalılardan ibarətdir.
Araşdırmaya əsasən, alıcıların 60%-i xaricilər deyil, Fransa və bitişik ərazilərin vətəndaşlarıdır.






























