Suriyada 2 Türkiyə hərbçisi həyatını itirdi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Suriyanın şimalında İdlib deeskalasiya zonasında Türkiyə ordusunun 2 hərbi qulluqçusu həyatını itirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə Türkiyə hərbçilərinin keçirdikləri axtarış-istintaq tədbirləri zamanı naməlum şəxslərin hücumu nəticəsində baş verib.

Həmçinin daha 3 türkiyəli hərbçi də yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş