Az.shafaqna.com “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, Fars körfəzinin ərəb ölkələri İrana qarşı silah embarqosunun uzadılması istəyi ilə BMT-a müraciət edib.

Məlumata görə, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlığı Şurası (FKƏDƏŞ) BMT TŞ-a bununla bağlı məktub göndəriblər.

Qeyd edək ki, FKƏDƏŞ-ə Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Küveyt və Qətər daxildir.

Xatırladaq ki, İrana qarşı tətbiq edilən silah embarqosunun müddəti 2020-ci il 18 oktyabrda sona çatacaq.

Rusiya XİN başçısı BMT Baş katibinə və həmçinin BMT TŞ sədrinə məktub göndərərək bildirib ki, İrana qarşı silah embarqosunun uzadılması üçün heç bir əsas yoxdur.