
Az.shafaqna.com “Qroznı-inform”-a istinadən xəbər verir ki, 11 yaşlı çeçen idmançı Arbi Yakubov yenidən Rekordlar Kitabına düşüb.
Keçən il o, 4874 dəfə yerdən “jim” vuraraq dünya rekordsmeni seçilib, bu il isə 550 dəfə “brus” vuraraq yeni rekorda imza atıb.
Daha bir çeçenistanlı uşaq Maqomed Dukuyev 2780 dəfə “pres” edərək rekord qırıb.
Rusiya Rekordlar Kitabının rəsmisi Stanislav Konenko Arbi və Maqomedin nəticələrini qeydə alıb.






























