
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Qərb ölkələri koronavirus pandemiyasının fonunda Liviya və Venesuela neftini açıq şəkildə ələ keçirməyə çalışır.
Bu haqda Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bildirib.
O bildirib ki, hazırda yeni münaqişələr yaranmaqda və donmuş münaqişə və regional ziddiyətlər qızışmaqdadır.
O hesab edir ki, beynəlxalq gərginlik, çətin ki, pandemiyadan sonra zəifləsin, əksinə, sistem oyunçuları xarici-siyasi arenada daha aktiv fəaliyyətə keçərək özü üçün sərfəli mövqelərə nail olmağa çalışacaq.
Onun sözlərinə görə, bu, Liviya və ya Venesuelanın timsalında görünür; “Qərb, hətta bunu gizlətmədən belə, onların neft resurslarına yiyələnməyə çalışır”.






























