Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, Türkiyə yeni növ koronavirusa qarşı şəxsi vaksin hazırlayan ölkələr sırasında ABŞ və Çindən sonra 3-cü yerdədir.

Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, türkiyəli həkimlər COVID-19 əleyhinə 8 vaksin və 10 dərmanın hazırlanması üzərində işləyirlər.

Türkiyəli həkimlərin hazırladığı iki vaksin heyvanlar üzərində uğurla sınaqdan keçib. Onlardan birinin insanlar üzərində kliniki sınaqlarına icazə verilib”, – deyə o qeyd edib.