Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında Ümrə üçün olan bütün hazırlıqlar başa çatdırılıb.

Məkkə şəhərinin müqəddəs məkanlarının infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsindən sonra hər gün 70 min müsəlman Ümrə ziyarətini yerinə yetirə biləcək.

Qeyd edilib ki, bu qədər zəvvar hətta pandemiya şəraitində də Məscidül-Həramı ziyarət edə biləcəklər. Virusun yayılmaması istiqamətində çox sayda tədbirlər görülüb. Ümrəyə isə yalnız tam şəkildə vaksinasiya olunmuş şəxslər buraxılır və müntəzəm şəkildə zəvvarların temperaturları ölçüləcək.

Karantin tədbirləri çərçivəridə ziyarətgah ərazisində 11 robot, həmçinin 20 quru buxar qurğusu və 500 sterilizasiya nasosu işləyəcək. Həmçinin burada və ətraf ərazilərdə maye sabunlu 500 elektron yüksəktexnoloji dispenser və 250 ventilyator da olacaq.

Əvvəlki məqaləTürk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin iclası işə başlayıb
Növbəti məqalədəAzərbaycan türkdilli ölkələrlə elektron ticarətin artırılması üzrə işləri davam etdirəcək