
Az.shafaqna.com “Rustavi 2”-yə istinadən xəbər verir ki, Qardabani rayonunun Qaracalar kəndinə tətbiq edilən karantin ötən gün axşam saatlarında götürülüb.
Bütün məhdudiyyətlər ləğv edilib.
Dünən kəndə həyata keçirilən genişmiqyaslı COVID-19 testləri başa çatıb. Rayon meri Ramaz Budaqaşvilinin sözlərinə görə, 1500-dək insan COVID-19 testindən keçib. Yalnız 2 nəfərin test nəticələri müsbət olub. Bu gün daha 120 nümunənin nəticələri gözlənilir.
İndiyədək Qardabanidə 71 yolxuma qeydə alınıb ki, onun da 42-si Qaracalar kəndində qeydə alınıb.
Xəstəliyinin yayılmasının qarşısını almaq məqsədi ilə 24 iyulda Qaracalar kəndində sərt karantin rejimi elan edilib.
Qeyd edək ki, Gürcüstanda indiyədək 1225 yoluxma qeydə alınıb, 17 nəfər isə xəstlikdən dünyasını dəyişib.














