Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “CBS News” jurnalistinin münasib olmayan sualından sonra mətbuat konfransını tərk edib.

Bildirilir ki, Tramp Nyu-Cersi ştatında çıxış edirdi. Müxbir Paula Rid mətbuat konfransı zamanı Trampın “Veteranların seçimi” layihəsinin onun administrasiyasının xidməti olmasına dair sözlərindən sonra Trampın yalanını ifşa etməyə çalışıb.

“Siz nəyə görə təkrar edirsiniz ki, məhz siz “Veteranların seçimi”-ni başlatmışsınız? O, 2014-cü ildə qəbul edilib, bu (sizin sözləriniz – red.), yalan bəyanatdır, cənab”, – deyə jurnalist bildirib və qeyd edib ki, Tramp 2016-cı ildə ABŞ prezidenti seçilib.

Bundan sonra Tramp əvvəlcə sözü başqa jurnalistə verməyə cəhd edib, lakin Rid onun sözünü kəsərək sualı təkrar edib. Bu zaman Tramp konfransdakılara diqqətlərinə görə təşəkkür edib və tribunanı tərk edib.