
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Belarusun paytaxtı Minskdə və bölgələrdə 8-9 avqust tarixlərində hüquq-mühafizəçiləri tərəfindən 120 nəfər tutulub.
Qeyd edilir ki, saxlanılanlar arasında seçki məntəqələrinin müşahidəçiləri, fəallar, prezidentliyə namizəd Svetlana Tixanovskayanın qərar üzvləri, “Dojd” telekanalının jurnalistləri də var.
Xatırladaq ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. Bu zaman ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb. Aksiyaların yatırılması üçün polis gözyaşardıcı qaz və işıq-səs qumbaralarından istifadə edib.






























