
Azərbaycanda bu gün gecə saatlarında zəlzələ baş verib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 22:43-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələnin dərinliyi 13 km dərinlikdə olub və hiss olunmayıb.












