
Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Minsk və Moskva həmişə əməkdaşlıq edəcək.
“Rusiya ilə hər zaman əməkdaşlıq edəcəyik, hər zaman birlikdə olacağıq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, ötən gün Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi telefon danışığında deyib ki, “biz eyni qayıqdayıq”.
Lukaşenko həmçinin bildirib ki, seçkidən sonra ilk səfərini edəcəyi ilə bağlı sualın cavabında çətinliyi yoxdur.
Xatırladaq ki, bu gün Belarusda prezident seçkiləri keçirilir.






























