Pixabay

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiyanın ən azsaylı xalqı Qafqazda yaşayır.

Çamalalıların sayı cəmi 24 nəfərdir.

Buna Ümumrusiya Əhalinin Siyahıyaalma məlumatları dəlalət edir.

Hələ XIX əsrdə onların sayı azı 3 899 nəfər idi, kompakt şəkildə 9 aulda (kənddə) yaşayırdılar”, – deyə bildirilib.

Qeyd edilir ki, çamalalılar Qafqazın Andi xalqlarına və avarların subetnosuna mənsubdurlar.

Bundan başqa, nadir xalqlar Leninqrad vilayətində də var. Orada 1380 veps, 169 ijor və 33 vod yaşayır.