Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Pakistanda baş verən daşqın nəticəsində azı 57 nəfər həyatını itirib.

Pakistan Fövqəladə Vəziyyətlərin İdarəsi üzrə Milli Agentliyinin məlumatına görə, artıq 3 gündür ki, musson yağışları dayanmır.

Xeybər-Paxtunva əyalətində 19, Sindxdə 12, Pəncabda 9 və Gilgit-Baltistanda 10 nəfər dünyasını dəyişib.

Yerli KİV-lərin məlumatı görə, Bəlucistanda isə təbii fəlakət 8 nəfərin ölümünə səbəb olub.

Sindx və Bəlucistandan çox sayda evə ziyan dəyib.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, yağışlar gələn həftə də davam edəcək.