
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiyanın Kabarda-Balkar Respublikasının 83 yaşlı sakini Ramazan Cappuyev 5642 metr hündürlüyü olan Elbrus dağını fəth edib.
Cappuyev oğlu və qızı ilə birlikdə dağın şərq zirvəsinə qalxıb. Ailə hazırda aşağı düşməkdədir.
İlkin olaraq Cappuyev 24 iyunda Everestə qalxmalı idi, lakin hava şəraitinə görə qalxma yubadılıb.
Qeyd edək ki, Cappuyev dağın yaxınlığında turizm və infrastruktur inşa etmiş ilk şəxslərdəndir. O, dağa qalxmasını öz həmkarlarına həsr edib.
Xatırladaq ki, Elbrus dağını bəzən Avropanın ən hündür zirvəsi də adlandırılır.






























