Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, İraqda koronavirusa yoluxanların sayı 49109 minə çatıb.

Bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən həftə ölkənin Səhiyyə Nazirliyi epidemiyanın yayılması tempinin kəskin artma ehtimalının olmasına dair xəbərdarlıq etmişdi.

Rəsmi məlumatda bildirilir ki, bu gün İraqda 1958 yeni yoluxma, 1786 sağalma və 104 ölüm halı qeydə alınıb.

İndiyədək 25 min xəstə sağalıb, 1943 nəfər isə dünyasını dəyişib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin