Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 714 nəfərdir.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  90.46 faizi sağalıb. Yoluxanlardan  8.09 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  33568 nəfərin 1.46 faizi (490 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.