Koronavirus yoluxmasının yenidən artmasına görə, Türkiyənin İstanbul şəhərində yenidən məhdudiyyətlər tətbiq edilə bilər.

Az.shafaqna.com Hürriyətə istinadən xəbər verir ki, İstanbul Valiliyinin bu barədə açıqlaması bazar ertəsi gözlənilir.

Lakin bəzi məhdudiyyətlərin bütün İstanbul üçün deyil, ancaq bəzi yoluxma sayı çox olan rayonlarda tətbiq oluna bilər.

Məlumata görə, İstanbulun Esenyurt, Esenler, Bağcılar, Zeytunburnu rayonları risk altında olduğu qeyd edilir. Məhdudiyyətlərlə bağlı ətraflı məlumat bazar ertəsi günü iclasından sonra bilinəcək.