Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 9 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı  1225-ə çatıb, onlardan 1000 nəfər sağalıb, 17 nəfər ölüb.  Karantin rejimində 7068 vətəndaş nəfər qalır ki, onlardan 250 nəfər həkim nəzarətindədir.