Foto: Al-Sudani/Daylife

Şənbə günündən səhər saatlarından başlayaraq Livan paytaxtı Beyrutda etirazlara start verilib.

Az.shafaqna.com Al Jazeera-ya istinadən xəbər verir ki, etirazlar böyüyərək günorta saatlarından sonra iğtişaşlara çevrilib. Belə ki, nazirlik və bank binalarına (4 bina) hücum həyata keçirilib.

ABŞ səfirliyi etirazçılara dəstək olaraq tvit atıb. Onlar dəyişiklik istəyən xalqın istəyinə müsbət cavab verilməsini istəyiblər. ABŞ-ın Beyrut səfirliyi tvitində  livanlıların 1/2-nin əziyyət çəkdiyini və dəyişliklik istədiyini və bunu dinləyən lider lazım olduğunu bildirib.

Polislər parlament binasına hücum edən dəstəyə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurmada bir polis öldürülüb, onlarla etirazçı yaralanıb.

İlkin məlumata görə, 17 nəfər etirazçı saxlanılıb.

Ehtiyatda olan hərbçilərin dəstəyilə etirazçılar XİN binasını ələ keçirərək, inqilab elan edib, lakin 3 saat sonra “inqilabçı”lar buradan qovulub. İğtişaşlarda 400-dən çox insanın yaralandığı önə çəkilir.