
Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, İraq “Hizbullah”ının Baş katibi Əhməd əl-Həmidəvi üzvlərinin həbs və daha sonra azad edilməsinə işarə edərək bildirib ki, “müqavimət heç vaxt silahını yerə qoymayacaq”.
“Müqavimət dinin əsas hüquqi prinsiplərindəndir”, – deyə o qeyd edib.
Həbs edilən və daha sonra azad edilən İraq “Hizbullah”ının üzvü “Al-Mayadeen”-ə müsahibəsində deyib ki, sübut olmadığı üçün hakim onları azad edib.
Xatırladaq ki, cümə günü ABŞ hərbçiləri İraq “Hizbullah”ının bazasına hücum edərək 13 nəfəri həbs edib, lakin İraq müqavimətinin yekdil reaksiyası ABŞ-ı həmin insanları dərhal azad etməyə məcbur etdi.






























