Gürcüstanda ermənilərin kompakt yaşadığı şəhərdə qarşıdurmalar: Ölən var, otel yandırılıb – VİDEO

64
0

Gürcüstanın Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib.

Az.shafaqna.com xəbər verir ki, ermənilərin çoxluq təşkil etdiyi bu bölgədə Kulikam kəndinin sakinləri “Artsek” otelini yandırıblar. Gənclər sonra 4 evə od vurublar. Evlərin otelin sahibi və qohumlarına aid olduğu qeyd edilir.

Gürcü mediasının məlumatına görə, əraziyə polis və xüsusi təyinatlılar cəlb edilib.

Samtsxe Cavaxetinin qubernatoru Besik Amiranaşvili insidentin nəzarət aldına alındığını qeyd edib.

Saxlanılanlar haqqında məlumat verilməyib.