Alex Brandon/AP Photo

Az.shafaqna.com CNN-a istinadən xəbər verir ki, müşavirlər Vaşinqtonun İran və Şimali Koreya ilə münaqişəsinin fonunda ABŞ prezidenti Donald Trampa hərbi məsləhətlər verməkdən çəkinirlər, çünki Tramp ölkəni müharibəyə daxil edə bilər.

Qeyd edilir ki, prezidentin məsləhətçiləri adları qeyd edilən iki ölkədəki həmkarlarına qəsdən deyirdilər ki, Trampın növbəti addımı barərə məlumatsızdırlar.

Daha öncə biz yalnız (Şimali Koreya lideri) Kim Çen Inı gözlənilməz biri hesab edirdik. İndi isə gözlənilməz olan bizim Trampdır“, – deyə 2018-ci ildə ABŞ prezindentinin Şimali Koreya siyasəti üzrə xüsusi nümayəndəsi Cozef Yun bildirib.

Ağ Evdəki yüksəkvəzifəli məmurun sözlərinə görə, Şimali Koreyaya münasibətdə birbaşa “məhz prezident eskalasiyanın yerinə diplomatiyanı təşviq edirdi”. O qeyd edib ki, Trampın In ilə görüşü tarixi addım olub.

Xatırladaq ki, 2019-cu ildə Tramp və onun komandası İrana qarşı hərbi əməliyyat həyata keçirmək istəyirdi. O zaman Pentaqonun yüksəkvəzifəli məmurları regiondakı və Tehrandakı həmkarlarına açıq şəkildə bildiriblər ki, Trampın növbəti addımının nə olacağını və ümumiyyətlə addım atıb-atmayacağı barədə proqnoz verə bilmirlər.