Qaxariya Tbilisi meri postuna namizəd olacaq

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariya “Gürcüstan naminə” partiyası tərəfindən Tbilisi meri postuna namizəd olacaq.

Bu barədə onun özü bəyan edib.

Qaxariya deyib ki, “Gürcüstan naminə” partiyası artan reytinqə sahib yeganə partiyadır.

“Biz tam səfərbərlik barədə elan edir və bildiririk ki, Tbilisidən başlayaraq, Gürcüstanın hər bir guşəsində sonadək layiqli şəkildə, insafla və peşəkarcasına mübarizə apacağıq”, – deyə o qeyd edib.

Bu məqaləni paylaş