© Sputnik / Alexander Imedashvili

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, 2020-ci ilin may ayında ətraf mühitin mühafizəsinə nəzarət departamentinin əməkdaşları Gürcüstanın hər bir yerindən “regular” markalı benzinin 252 nümunəsini götürərək yoxlama keçiriblər.

Bütün nümunələr 251 yanacaq doldurma məntəqsindən götürülüb.

Bundan sonra onlar araşdırılmaları üçün ekspertiza bürosuna göndərilib. Yalnız bir nümunə Gürcüstan hökumətinin müəyyən etdiyi normaya uyğun gəlməyib. Belə ki, həmin nümunədə oktan rəqəmi 91 olmalı olduğu halda, 90 təşkil edib.

Ətraf mühitin mühafizəsinə nəzarət departamenti müvafiq reaksiya verib.

Cari ilin iyul ayında Gürcüstan hökuməti yanacağın keyfiyyətinə nəzarətin sərtləşdirilməsi qərarını qəbul edib. Parlamentin ətraf mühitin mühafizəsi komitəsinin təşəbbüsü ilə, keyfiyyətsiz benzin və ya dizel yanacağının idxalına, istehsalına və satışına sanskiyalar sərtləşdirilir.

Dəyişikliklər paketi keyfiyyət normalarının pozuntularına görə cərimələrin artırılması ilə yanaşı, cinayət məsuliyyətini də nəzərdə tutur.

Gürcüstanın cinayət məcəlləsinə müvafiq əlavələr edilib.