
Az.shafaqna.com “Islam News”-ə istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov 14 km-dən artıq məsafəni piyada qət edərək şəxsi rekorda imza atıb.
O deyib ki, buna qədər onun ən yaxşı göstəricisi 10 km olub.
Onun sözlərinə görə, Benoy kəndinin ətrafında gəzmək onun o qədər xoşuna gəlib ki, özü də hiss etmədən mənzərəyə tamaşa edərək və təmiz dağ havası alaraq daha çox kilometr yol qət edib.
“Orqanizm zərrə qədər də taqətdən düşməyib, sadəcə yüngül və xoş yorğunluq hiss edib”, – deyə o qeyd edib.





























