The New York Times

Az.shafaqna.com “The New York Times”-ə istinadən xəbər verir ki, Donald Trampın ABŞ-ın prezidenti olacağı ilə bağlı düzgün proqnoz vermiş Amerika Universitetinin professoru, siyasət tarixi üzrə mütəxəssis Allan Lihtman 2020-ci il prezident seçkilərində Co Baydenin qalib gələcəyinə dair proqnoz verib.

Lihtman proqnoz tərtibi üçün seçkilərdə qələbəyə aparan “13 açar” sistemindən istifadə edir. Onun mahiyyəti suallarına müsbət və ya mənfi cavab verilə bilən 13 sualdan ibarətdir.

Lihtman hesab edir ki, əgər namizədlə bağlı 6 və ya daha çox sual mənfi cavab alarsa, həmin şəxs seçkilərdə qalib gələ bilməyəcək.

İndiki halda isə tarixçi təxmin edib ki, hazırkı ABŞ prezidenti Donald Tramp 2-ci dəfə seçilə bilməyəcək, onun Ağ Evdəki yerini isə demokratların namizədi Co Bayden tutacaq.

Xatırladaq ki, daha öncə Tramp bildirmişdi ki, əgər Bayden prezident seçkilərində qalib gələrsə, ABŞ sağçı radikallar tərəfindən məhv ediləcək.