Az.shafaqna.com İraq mediasına istinadən xəbər verir ki, İraq və İraq Kürdüstanının səhiyyə nazirləri arasında telefon danışığı baş tutub.

Tərəflər ölkədəki COVID-19 ilə bağlı vəziyyəti müzakirə ediblər.

İraq Kürdüstanı İraq büdcəsindən Ərbilin payına düşən hissəni, həmçinin Kürdüstandan virusun yayılması ilə mübarizə məqsədi ilə beynəlxalq yardımın edilməsini istəyib.

Kürd nazir pandemiya ilə mübarizənin daha sıx koordinasiyası üçün İraq səhiyyə nazirini Ərbilə dəvət edib.