
Az.shafaqna.com “IndyStar”-a istinadən xəbər verir ki, ABŞ-da İslam dinini yeni qəbul etmiş Elon Braun namaz qıldığı üçün işdən qovulduğuna görə İndiana ştatının insan haqları komissiyası və məşğulluq üzrə bərabər hüquqlar üzrə federal komissiyasına şikayətlə müraciət edib.
37 yaşlı müsəlman “StaffMax” kadr xidmətinin vasitəçiliyi ilə “Automatic Distributors” şirkətində işləyirdi.
Braun namazlarını yerinə yetiməsi üçün kiçik fasilələrin verilməsi və həmçinin cümə günləri məscidə getməsi üçün fasilənin verilməsi xahişi ilə müdiriyyətə müraciət edib. ABŞ qanunvericiliyinə əsasən, söhbət iş yerlərində dini əməllərin yerinə yetirilməsindən gedərsə, işçi rəhbərliklə qarşılıqlı güzəşt əsasında razılaşma haqqına sahibdir.
Rəhbərlik isə Braunun qanunu istəyi ilə razılaşmaq əvəzinə, onu işdən qovub. Məhz bundan sonra Braun hüquq-müdafiəçilərinə və tənzimləyici orqanlara müraciət etməli olub.






























