
Az.shafaqna.com “InterPressNews”-ə istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze 2008-ci ildə baş vermiş müharibə haqda danışıb.
“2008-ci il müharibəsinin çox böyük məsuliyyəti Mixail Saakaşvili və onun komandasının üzərinə düşür. Onlar ölkəni bu böyük fəlakətdən qoruyub saxlaya bilmədilər”, – deyə o qeyd edib.
“Ölkəmiz üçün həmin dəhşətli günlərin – günahsız insanların ölümü, dağıntı və ərazi itkisi ilə nəticələnmiş günlərin üstündən 12 il keçib. Biz hər şeyi etməli və təhsil və tədbirlilik vasitəsi ilə işğalla mübarizə aparmalıyıq”, – deyə o bildirib.
O əlavə edib ki, “işğal edilmiş əraziləri iqtisadi inkişaf ilə geri qaytaracağıq”.






























