Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Venesuelada ölkə ərazisinə baş tutmamış dəniz müdaxiləsində iştirak ittihamı ilə 2 ABŞ vətəndaşı 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bu haqda Venesuelanın Baş prokuroru Tarek Vilyam Saab bildirib.

Xatırladaq ki, cari ilin may ayında Lük Denman və Ayran Berr “terrorçuluq, qeyri-qanuni silah dövriyyəsi ilə bağlı ehtimal edilən cinayətlərin törədilməsinə görə” həbs ediliblər.

Prokurorluğun məlumatına görə, ABŞ-lılar öz təqsirlərini etiraf ediblər.

Saab bildirib ki, onlar 20 il 1 ay 9 gün həbs cəzasına məhkum ediliblər.

O əlavə edib ki, digər 10 müttəhimin cinayət işi davam etdiriləcək.