Az.shafaqna.com “Russia Today”- istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorqi Qaxariya bəyan edib ki, ölkəsi NATO-ya üzv olma prosesi mütləq şəkildə sona çatdıracaq.

Biz strateji istiqamətlərimiz – NATO, ABŞ və Avropa İttifaqı üzrə həmkarlığımızı dərinləşdirməyə davam edirik. Bu gün Gürcüstan NATO-ya daxil olmağa tam hazırdır. Bunu bizim həmkarlarımız da görür”, – deyə o qeyd edib.

O bildirib ki, Gürcüstan hökuməti bu prosesi mütləq baş çatdıracaq.

Xatırladaq ki, daha öncə Qaxariya bildirib ki, NATO-ya üzvlük Gürcüstanın dəyişməz məqsədidir.