
Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, “The Military Balance 2020” postsovet ölkələrindəki vəziyyət – Silahlı Qüvvələrin sayı, ehtiyat hissələri və hərbiləşdirilmiş qurumlar, həmçinin müdafiə xərcləri barədə məlumatları təqdim edib.
Keçmiş SSRİ ölkələri arasında müdafiə xərcləri üzrə TOP-10 ölkəni təqdim edirik (rəqəmlər milyard dolları təmsil edir): Rusiya (61.39), Ukrayna (4,75), Azərbaycan (1.92), Qazaxıstan (1.61), Özbəkistan (1.40), Litva (1.03), Belarus (0.72), Latviya (0.68), Estoniya (0.62), Ermənistan (0.61).
Silahlı qüvvələrin, ehtiyatın və hərbiləşdirilmiş qurumların sayı üzrə siyahını təqdim edirik:
- Rusiya – ümumilikdə 2 955 400 nəfər;
- Ukrayna – ümumilikdə 1 193 900 nəfər;
- Qazaxıstan – ümumilikdə 381 000 nəfər;
- Azərbaycan – ümumilikdə 381 950 nəfər;
- Belarus – ümumilikdə 447 500 nəfər;
- Özbəkistan – ümumilikdə 92 500 nəfər;
- Ermənistan – ümumilikdə 259 100 nəfər;
- Türkmənistan – ümumilikdə 71 500 nəfər;
- Gürcüstan – ümumilikdə 282 350 nəfər;
- Litva – ümumilikdə 34 400 nəfər;
- Qırğızıstan – ümumilikdə 74 500 nəfər;
- Tacikistan – ümumilikdə 18 800 nəfər;
- Estoniya – ümumilikdə 47 750 nəfər;
- Latviya – ümumilikdə 16 360 nəfər;
- Moldova – ümumilikdə 65 600 nəfər.






























