Az.shafaqna.com “Food.News”-ə istinadən xəbər verir ki, Kanadanın Quelf universitetinin alimləri ürək-damar xəstəliklərinin inkişafı riskini azaltmaq üçün paxlalı bitkilərdən istifadə etməyi məsləhət görüblər.

Araşdırmaçılar paxlalıların sağlam və şəkər xəstliyindən əziyyət çəkən insanlarda ürək-damar xəstəliklərinin inkişafına təsirini tədqiq ediblər.

Qeyd edilir ki, paxlalılar ürək üçün xeyirli olan sellüloz ilə zəngindir və aşağı qlikemik indeksə sahibdir, bu isə o deməkdir ki, onlar qanda şəkər sıçrayışına səbəb olmur.

Məlum olub ki, paxlalılardan istifadə qanın lipid profilini, arterial təzyiqi yaxşılaşdırır və təcrübənin həm sağlam, həm də şəkər xəstəsi olan iştirakçılarında şəkərin səviyyəyini aşağı salıb.