Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, İraq kəşfiyyatı 150 iraqlını qətlə yetirən terrorçunu həbs edib.

Bəyanatda deyilir ki, Diyalə əyalətinin cənubunda Xan Bəni Səd şəhərindəki bazarda 150-yə yaxın insanın ölümünə səbəb olan partlayışı törədən terrorçu öz cinayətini etiraf edib.

O, araşdırmanın tamamlanması üçün İraq məhkəmə orqanlarına təhvil verilib.