REUTERS/Stringer

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, “Taliban” terror təşkilatının rəsmisi Süheyl Şahin silahları haradan əldə etməsi barədə danışıb.

Bizim Əfqanıstanda silah ehtiyatımız var. Biz həmçinin Kabul administrasiyasından – ordudan da silah alırıq”, – deyə o bildirib.

Bir dəfə xəbər yayıldı ki, onları silahları itib və ya yüzlərlə silahı oğurlanıb. Həmin silahları biz onlardan almışıq. Nəyisə biz (döyüş zamanı) ələ keçirmişik. Odur ki, bizim çoxlu döyüş sursatımız var. Bunların hamısını da Kabul administrasiyasından almışıq”, – deyə o əlavə edib.