Operativ Qərargahın brifinqi: Açıq havada restoranların açılması, beynəlxalq uçuşlar, təhsil…

51
0

Az.shafaqna.com xəbər verir ki, bu gün Azərbaycan Nazirlər Kabinetinin Operativ Qərargahının növbəti brifinqi keçirilir.

Brifinqdə bəzi məqamlara aydınlıq gətirilir.

Bəzi məqamları diqqətinizə çatdırırıq:

  1. Növbəti həftədə kafe və restoranların açıq havada fəaliyyətinin bərpa olunması müzakirə edilir – Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov.
  2. Rayonlara gediş-gəliş açılanda beynəlxalq reyslər də bərpa olunacaq – Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov.
  3. Tədrisin bərpası ilə bağlı müzakirlər gedir, böyük bir heyət yaradılıb. Növbəti həftələrdə bununla bağlı brifinq keçiriləcək – Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov.
  4. Hamımız istəyirik ki, toylar olsun. Amma hazırki epidemioloji vəziyyət bu gün buna imkan vermir. – Şahmar Mövsümov.
  5.  Avtobuslarının sayını artırmaqla isə virusun qarşısını almaq mümkün olmayacaq – Şahmar Mövsümov.
  6. Biz göz yummaqla problem həll olunmayacaq. Bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Biz də hazırlaşırıq. Hər şey bizim özümüzdən asılıdır. Biz qapalı yerlərdə qaydalara ciddi riayət etməliyik. Hər birimiz karantin rejimindən yorulmuşuq” – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva.