Az.shafaqna.com “Daily Express”-ə istinadən xəbər verir ki, müxtəlif aviaşirkətlərin əməkdaşları göyərtədə əlavə yemək porsiyası almağına yolları barədə danışıblar.

Onların sözlərinə görə, bir qayda olaraq, onlar sərnişinlərə əlavə təklif etmirlər, lakin sərnişinlər onlardan xahiş etsə, çox ehtimal, imtina etməyəcəklər.

Göyərtədə nahar adətən olduqca kiçik olur, bu da bir çox sərnişinin ac qalmasına səbəb olur. Buna görə də sizin əlavə istəmək haqqınız var”, – deyə stüardessalardan biri bildirib.

O əlavə edib ki, bu halda sərnişinlərə qalan yeməklərdən nəsə təklif ediləcək.