
Az.shafaqna.com “Sputnik Gürcüstan”-a istinadən xəbər verir ki, Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib ki, əgər Gürcüstan sərhədlərin açılmasına müqavimət göstərməyi bacarsa, bu, tarixi bir hadisə olacaq və “bütün dünya bizim haqqımızda danışacaq”.
Onun sözlərinə görə, Gürcüstan yoluxmanın sürətli yayılmasının qarşısının alınmasını tələb edən ilk sınaqdan çıxa bildi.
“Ölkə fövqəladı vəziyyətin ləğv edildiyi, məhdudiyyətlərin götürüldüyü ikinci sınağa da tab gətirdi. Bu zaman yeni hallar az oldu. Əgər Gürcüstan sərhədlərin açılmasına müqavimət göstərməyi bacarsa, bu, tarixi hadisə olacaq və o zaman bütün dünya bizdən danışacaq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, hətta əgər yeni xəstələnmə halları çoxalsa da, səhiyyə sistemi buna hazır olmalıdır, hər şeydən də öncə klinika sektorunda.
“Mən əhalini inandırmaq istəyirəm ki, klinika sektoru birinci dalğanı elə qarşıladı ki, o, hətta öz imkanlarının 20%-dən də istifadə etmədi”, – deyə o əlavə edib və qeyd edib ki, Gürcüstan səhiyyəsinə nisbətdə “kollaps” sözündən istifadə etmək lazım gəlməyəcək.
Xatırladaq ki, Gürcüstanda ümumilikdə 926 yoluxma qeydə alınıb. Sağalanları sayı 791 nəfərdir, 15 nəfər isə dünyasını dəyişib.






























