
Az.shafaqna.com NBC-a istinadən xəbər verir ki, 1974-cü ildə həbsxanadan qaçmış 77 yaşlı Luis Arçuleta ABŞ-ın Nyu-Meksiko ştatının Espanyola şəhərində tutulub.
Onu eks-zabit Deril Çinkvanta tapıb. Qeyd edək ki, Arçuleta 1971-ci ildə Çinkvantanı güllə ilə yaralamışdı.
Çinkvanta polisdən çıxsa da, özünün şəxsi xəfiyyə agentliyini quraraq qaçağın ovunu davam etdirib. Bu yay ona zəng daxil olub və Arçuletanın olduğu yer barədə məlumat verilib.
Detektiv bildirib ki, məlumatları Federal Təhqiqatlar Bürosuna (FTB) göndərib. Espanyola polisi və ABŞ xüsusi təyinatlıları canini evindəcə ələ keçiriblər. O, onun kriminal keçmişi barədə xəbərsiz olan həyat yoldaşı ilə yaşayırdı.
“Mən onu ələ ələ keçirdiyimə görə ləzzət alıram”, – deyə Çinkvanta bildirib.
FTB-in məlumatına görə, Arçuleta “Ramon Montoyya” təxəllüsü ilə 40 il Espanyolada yaşayıb. Hazırda o, Koloradoya geri qaytarılıb, məhkəmə onun həbsi barədə yenidən qərar çıxarıb.






























