(AP Photo/Kirsty Wigglesworth)

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmi siçantutan-pişiyi Palmerston 4 illik diplomatik xidmətdən sonra təqaüdə çıxıb.

Bildirilir ki, ölkədə mart ayında koronavirusa görə tətbiq edilmiş karantin zamanı XİN əməkdaşlarından biri pişiyi özünün şəhər kənarındakı evinə aparıb və artıq pişik elə oradaca qalacaq.

XİN-də hər kəs onun üçün darıxacaq (siçanlardan başqa). Biz ona uzun və xoşbəxt təqaüd (illəri) arzu edirik”, – deyə XİN başçısının müavini Saymon Makdonald bildirib.