NNA

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Livan prezidenti Mişel Aun bəyan edib ki, istintaq Beyrut limanındakı partlayışla bağlı bir neçə versiyanı, o cümlədən xarici təsir variantını da gözdən keçirir.

Partlayışın səbəbi hələ müəyyən edilməyib, xarici qüvvələrin raket və ya bombadan istifadə edərək və ya başqa cür müdaxilə ehtimalı da var”, – deyə o qeyd edib.

Xatırladaq ki, 4 avqustda Beyrutda güclü partlayış baş verib. Faciəyə səbəb gömrük tərəfindən müsadirə edilərək anbarda saxlanılan 2750 ton ammonium nitratın partlaması olub. Nəticədə 154 insan həyatını itirib, 5 minə yaxın insan isə xəsarət alıb.

Hadisə ilə bağlı Beyrut limanının 16 əməkdaşı saxlanılıb.