
Az.shafaqna.com “SecurityLab”-a istinadən xəbər verir ki, hakerlər istifadəçi adını sındırmadan “Telegram”-dan məlumat oğurlamağın yolunu tapıblar.
Fırıldaqçılar “Seçilmiş” çatını saxtlaşdırırlar. İstifadəçilər, bir qayda olaraq, həmin çatda özləri ilə yazışır və şəxsi məlumatları orada saxlayırlar.
Məlumatları oğurlamaq üçün, eyni profil təsvirli “Saved Messages” adlı istifadəçi adı açırlar, daha sonra “qurbanlarına” yazırlar və dərhal onu silirlər. Beləliklə də, saxta yazışma söhbətlər siyahısına düşür.
“Telegram” komandası hələ ki, bu məlumatı şərh etməyib.





























