
Az.shafaqna.com “Macau Business”-ə istinadən xəbər verir ki, İndoneziyada küfrdə ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Medan şəhər dairə məhkəməsi 44 yaşlı Doni İravana Malayı 3 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Malay məsciddən götürdüyü Qurani-Kərimi kitabını cıraraq zibil qutusuna atıb. O, məsciddə olan insanlar tərəfindən tutularaq polisə təhvil verilib.
“Müttəhim küfr və İslam dininin təhqiri ilə bağlı təqsirini etiraf edib”, – deyə hakim Tenqku Oyyonq bildirib.






























