
Az.shafaqna.com “islam.ru” saytına istinadən xəbər verir ki, Misala Pramenkoviç Serbiya parlamentinin ilk hicablı üzvü kimi tarixə düşüb.
Müsəlman xanım Ədalət və Barış Partiyasının siyahısında parlament üzvü seçilib.
Partiyanın başçısı isə Serbiyanın keçmiş müftisi Muamer Zukorliçdir.
Qeyd edək ki, Misala Pramenkoviç mədrəsədə dərs də deyir.
“Biz deputatlarımızın keçmiş mandatda başladıqlarını davam etdirəcəyik”, – deyə o xanım deputat bildirib.
Hədəfləri haqda danışan Pramenkoviç qeyd edib ki, xüsusilə də qadın və uşaqların hüquqlarını, ailə statusu və ailə dəyərlərini müdafiə edəcək.
Onun siyasətə gəlişi müsəlman qadınlara qarşı olan səhv təəssüratlarla mübarizə şansı olub.
“Çox zaman səhv düşüncələr və stereotiplər biliksizlikdən qaynaqlanır”, – deyə o əlavə edib.





























